Bakı. Trend:
Təkcə Yekaterinburqda yox, digər yerlərdə də azərbaycanlılaraqarşı kobud davranışla müşahidə olunan hərəkətlərə yol verilir.
Bunu Trend-əaçıqlamasında Azərbaycanda Minadan Zərəçəkənlər Assosiasiyasınınsədri Rey Kərimoğlu deyib.
O, belə hadisələrə görə təəssüf etdiyini bildirib.
“Bu cür hadisələr yolverilməzdir və qətiyyətlə pisləyirik.Jurnalist həmkarımız Seyfəddin bəyin qardaşları orada qətləyetirilib. Hələ də çaş-baş vəziyyətdəyəm. Tutalım 20 il əvvəlhansısa cinayət hadisəsi baş verib. İnsanı döyə-döyə öldürməkolmaz. Bu bir azərbaycanlı olaraq mənə pis təsir edir, narahatam.Artıq Rusiyadakı azərbaycanlıların həyatı üçün də ciddi problemlərvar. Biz günahkarların tapılıb cəzalandırılmasını tələbedirik”.
“Bəlkə də törədilən hadisə Rusiya içərisində Azərbaycanısevməyən qüvvələrin davranışıdır. Əslində bu kimi hallar 20 yanvarhadisəsini törətmiş rus ordusundan gözləniləndir. Demək olar ki,təyyarə qəzasından sonra da Rusiya baş vermiş hadisəyə normalreaksiya vermədi”, - R.Kərimoğlu qeyd edib.
Politoloq İlyas Hüseynov isə Trend-ə açıqlamasında bildirib ki,Yekaterinburqda baş verənlər açıq-aydın şəkildə cinayəthadisəsidir:
“Rusiyada hüquq-mühafizə orqanlarının bu cür həddini aşması vəqondarma cinayət işi, yaxud prosesləri ilə bağlı 20 il əvvəl başvermiş naməlum hadisəyə don geyindirərək azərbaycanlılara qarşı hərhansı zorakılıq tədbirlərinin həyata keçirilməsi, güc tətbiqedilməsi nəticəsində soydaşlarımızın həyatını itirməsi hüquqdankənar addımlardır. Bu, Rusiya və Azərbaycan arasında münasibətlərindaha da gərginləşməsinə səbəb olur. Əvvəlki dövrlərdə dəmünasibətlərdə gərginlik müşahidə etmişdik. Xüsusilə mülkitəyyarəmizə qarşı hava hücumunda müdafiə sistemlərinin işə düşməsivə təyyarə qəzasından sonra saytlarımıza hücumların şahidi olduq.Digər tərəfdən Yekaterinburqda baş vermiş hadisəyə də hüquqi qiymətverilməsini tələb etməliyik. Azərbaycanın cavab tədbirləri də özünüçox göstərmədi. Azərbaycanda informasiya fəliyyəti adı altındamaskalanmış, əslində isə casusluq fəaliyyəti ilə məşğul olanşxəslərin saxlanılması da onu deməyə əsas verir ki, Azərbaycangüclü dövlətdir və bizimlə təhdidlə danışmaq mümkün deyil”.
“Baş vermiş qətl hadisəsi ilə bağlı ürəktutma diaqnozununqoyulması tamamilə məntiqdən kənardır. Biz keçirilmiş ekspertizanınnəticəsində də gördük ki, onlar işgəncə səbəbindən həyatlarınıitiriblər. Baş vermiş prosesə bu cür hüquqi tibbi don geyindirməkheç bir çərçivəyə sığmır. Biz işgəncəyə məruz qalan digərinsanların üzərindəki xəsarətlərin həcminə, böyüklüyünə baxsaqgörərik ki, onlar da fiziki cəhətdən zəif olsaydılar, həyatlarınıitirərdilər. Bu hadisə hüquqi kontekstdə öz həllini tapmalıdır.Burada məsələni ürəktutma kimi qələmə vermək anlaşılan deyil.Aydındır ki, bu şəxslər ürəktutmadan həyatlarını itirməyiblər.Onlara qarşı amansız rəftar nümayiş olunub”-İ.Hüseynov qeydedib.