RU

Bakı-Qazax yolunda AĞIR QƏZA: "Mercedes" piyadanı vuraraq öldürdü

Bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil piyadanı vurub.

News365.az xəbər verir ki, 1939-cu il təvəllüdlü Qırımxan Xaspoladov aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Избранный
26
1
news365.az

10Источники