AZ

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ölən şəxs 1939-cü il təvəllüdlü Orta Ləki kənd sakini Xaspoladav Qırımxan Vahid oğludur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
18
3
far.az

10Mənbələr