AZ

Ağdaşda “Mercedes” 87 yaşlı piyadanı vuraraq öldürdü

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə zamanı dünyasını dəyişən şəxsin Orta Ləki kənd sakini, 1939-cu il təvəllüdlü Xaspoladav Qırımxan Vahid oğlu olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim Media, Aran bürosu

Seçilən
21
1
bizim.media

10Mənbələr