AZ

Ağdaşda avtomobil 87 yaşlı piyadanı vuraraq öldürüb

Ağdaşda piyadanı maşın vurub.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzada ölən şəxsin Ağdaş rayonunun Orta Ləki kənd sakini 1939-cu il təvəlıüdlü Qırımxan Xaspoladav olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ağdaşda
Seçilən
20
6
apa.az

10Mənbələr