AZ

87 yaşlı kişi faciəvi şəkildə öldü -

Ağdaşda avtomobil 87 yaşlı kişini vuraraq öldürüb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolu keçməyə çalışan Ağdaş rayon Orta Ləki kənd sakini 87 yaşlı Xaspoladov Qırımxan Vahid oğlunu vurub. Piyada aldığı xəsarətlər nəticəsində elə hadisə yerində dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Davud Tarverdiyev / Metbuat.az


Seçilən
18
6
metbuat.az

10Mənbələr