RU

Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü

Bakıda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını piyadanı vurub.
 

Pravda.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.
 

Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi BKTB-yə məxsus QAZ-53 markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 7 Mart 2026, 14:03   
Избранный
101
9
pravda.az

10Источники