Bakıda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını piyadanı vurub.
"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.
Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi BKTB-yə məxsus QAZ-53 markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"