Bakıda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını piyadanı vurub.
Pravda.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.
Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi BKTB-yə məxsus QAZ-53 markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 7 Mart 2026, 14:03