Bakıda təmizlik idarəsinin maşını qadını vurub ÖLDÜRDÜ
Ajans.az xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib. Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi MKTB-yə məxsus QAZ-53 markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.