RU

Premyer Liqa: MY “Everton”u tək qolla üstələdi – ARENA.AZ

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Everton” “Mançester Yunayted”i qəbul edib. “Qırmızı şeytanlar” səfər matçından minimal hesablı qələbə ilə ayrılıblar.

Beləliklə, cari mövsümün geridə qalmış 27 turundan sonra 61 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 56 xalla ikinci, “Aston Villa” 51 xalla üçüncü pillədə qərarlaşıb. “Mançester Yunayted” 48, “çelsi” və “Liverpul” 45, “Brentford” 40 xal toplayıb.

İngiltərə, Premyer Liqa
27-ci tur
21 fevral

Aston Villa – Lids 1:1
Qollar: T.Abraham, 88 – Stax, 31.

Çelsi – Börnli 1:1
Qollar: J.Pedro, 4 – Flemminq, 90+3.

Vest Hem – Bornmut 0:0

Brentford – Brayton 0:2
Qollar: D.Qomes, 30. Uelbek, 45+1.

Mançester Siti – Nyukasl 2:1
Qollar: O’Rayli, 14; 27 – Holl, 22.

22 fevral

Kristal Pelas – Vulverhempton 1:0
Qol: Gessand, 90.

Nottingem Forest – Liverpul 0:1
Qol: Makallister, 90+7.

Sanderlend – Fulhem 1:3
Qollar: Le Fi, 76 – R.Ximenes, 54; 61-pen. İvobi, 85.

Tottenhem – Arsenal 1:4
Qollar: Kolo Muani, 34 – Eze, 32; 61. Dyökereş, 47; 90+4.

23 fevral

Everton – Mançester Yunayted 0:1
Qol: Şeşko, 71.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
27
15
arena.az

10Источники