Futbol üzrə İngiltərə Premyer Liqasının 27-ci turunun “Nottingem Forest”lə səfər oyunu “Liverpul” üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “qırmızılar” İngiltərə Premyer Liqasında yeni rekorda imza atıblar.
Mersisayd təmsilçisi buna “Nottingem Forest”i 1:0 hesabıyla məğlub etməklə nail olub. Komandanın qələbə qoluna 90+7-ci dəqiqədə Aleksis Makallister imza atıb.
“Liverpul” cari mövsümdə 90-cı və uzatma dəqiqələrində 7 dəfə qələbə topunu vurub. Bu, Premyer Liqa tarixində ilk belə göstəricidir.
İngiltərə çempionunun misirli futbolçusu Məhəmməd Salah isə hazırkı ölkə çempionunda antirekordla yadda qalıb. O, ardıcıl 9 oyundur ki, çempionatda fərqlənə bilmir. Bu, misirli forvardın Premyer Liqadakı ən uğursuz seriyasıdır.
Məhəmməd Salah son olaraq noyabrın 1-də, “Aston Villa”ya qalib gəldikləri qarşılaşmada (2:0) qol vurub.
