İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Nikolo Rovella sağ körpücük sümüyünün sınığı səbəbindən əməliyyat olunub.
Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Əməliyyat uğurla keçib. Onun yaxın günlərdə xüsusi reabilitasiya proqramına başlayacağı bildirilir.
İtaliya millisinin 24 yaşlı üzvü fevralın 21-də A Seriyasının 26-cı turunda “Kalyari”yə qarşı keçirdikləri görüşdə (0:0) xəsarət almışdı.
Nikolo Rovella müqavilə ilə İtaliyanın digər klubu “Yuventus”dan “Latsio”ya keçib. O, əvvəlcə icarə müqaviləsi əsasında “Latsio”da çıxış etsə də, paytaxt klubu 17 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb.
Rovella cari mövsümdə cəmi 9 matçda iştirak edib. O, ötən ilin sentyabrından bu ilin yanvarına qədər osteomielit xəstəliyi səbəbindən yaşıl meydanlardan uzaq qalmışdı.
“Cenoa”nın yetirməsi olan Nikolo “Montsa”da da çıxış edib. Onun “Latsio” karyerası bütövlükdə 83 oyun və 7 məhsuldar ötürmədən ibarətdir.
Rovella 2024-cü ildə debüt etdiyi İtaliya millisinin heyətində 4 oyun keçirib.
