18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatının 2-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
Arena.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, yığmamız martın 27-dən 29-na qədər İspaniyanın ev sahibliyi edəcəyi C qrupunda mübarizə aparacaq.
Şahin Çatmanın rəhbərlik etdiyi komandamız qrupda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə oyunlar baş tutacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və yalnız qrup birinciləri AÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.
C qrupu
27 mart
20:00. Estoniya – Niderland
22:30. İspaniya – Azərbaycan
28 mart
20:00. Niderland – Azərbaycan
22:30. Estoniya – İspaniya
29 mart
20:00. Azərbaycan – Estoniya
22:30. Niderland – İspaniya
