AZ

Renso Saraviya “Valensiya”da – ARENA.AZ

Argentina milli komandasının sabiq sağ müdafiəçisi Renzo Saraviya bundan sonra “Valensiya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, La Liqa təmsilçisi ilə 32 yaşlı argentinalı futbolçu arasında müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Saraciya bu komandada ağır zədə almış Dimitri Fulkyeni əvəz edəcək.

Renzo Saraviya “Valensiya”ya azad agent kimi keçib. O, sonuncu iş yeri olmuş Braziliyanın “Atletiko Mineyro” klubundan bu ilin əvvəlində azad agent kimi ayrılmış və özünə yeni komanda axtarmağa başlamışdı.

Saraviya karyerası ərzində “Botafoqo”, “İnternasyonal”, “Rasinq”, “Belqrano” və “Portu” kimi klublarda da çıxış edib.

Renzo 2018-ci ildə debüt etdiyi Argentina millisinin heyətində 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
9
arena.az

10Mənbələr