RU

Ərdoğan Trampla hansı məsələləri müzakirə edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, Suriyadakı son vəziyyət, Qəzza Sülh Şurasının fəaliyyəti, xüsusilə müdafiə sənayesi sahəsində əlaqələri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atılmağa davam ediləcəyini, bütün sahələrdə əlaqələrin genişləndirilməsinin hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirib.

Избранный
68
2
publika.az

10Источники