Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb. Açıqlamaya görə, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Suriyadakı son vəziyyət, Qəzza Sülh Komitəsinin işi, xüsusilə müdafiə sənayesində ticarət əlaqələri və regional və qlobal məsələlər müzakirə olunub. Bildirilir ki, Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın intensivləşdirilməsi üçün addımlar atmağa davam edəcəklərini və bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirib.