AZ

Ərdoğan və Tramp arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon danışığı apararaq Suriya və Qəzza zolağındakı vəziyyəti, habelə Sülh Şurasının fəaliyyətini müzakirə edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Dəftərxanası məlumat yayıb.

Bildirilib ki, liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, Suriyada mövcud vəziyyəti və Qəzza üzrə Sülh Şurasının işini müzakirə ediblər. Prezident Ərdoğan Türkiyənin Suriyada atəşkəs razılaşmasının tam icrasına və inteqrasiyaya böyük əhəmiyyət verdiyini vurğulayıb və bu prosesi ABŞ və Suriya hakimiyyətləri ilə koordinasiya şəklində yaxından izlədiyini bildirib.

Ərdoğan Sülh Şurasının səmərəli fəaliyyət göstərəcəyinə ümid etdiyini qeyd edib, Qəzzada humanitar fəlakətin dayandırılmasının və şəhərin bərpasının regionda davamlı sülhə yol açacağına əminliyini ifadə edib.

Prezidentlər həmçinin ticarət əlaqələrini, xüsusilə, müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər. Məlumatda qeyd olunur ki, söhbət zamanı Ərdoğan Türkiyənin ABŞ ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atmaqda davam edəcəyini və münasibətlərin bütün sahələr üzrə inkişafının hər iki ölkənin maraqlarına cavab verdiyini bildirib./Oxu.az


Telegram kanalımız
Seçilən
59
1
yenisabah.az

10Mənbələr