AZ

Ərdoğanla Tramp regional və qlobal məsələləri müzakirə edib

Bakı, 28 yanvar, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, Suriyadakı son vəziyyət, Qəzza Sülh Şurasının fəaliyyəti, xüsusilə müdafiə sənayesi sahəsində əlaqələri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atılmağa davam ediləcəyini, bütün sahələrdə əlaqələrin genişləndirilməsinin hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirib.

O, Türkiyənin Suriyada atəşkəsin və inteqrasiya razılaşmasının tam şəkildə həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb, prosesin ABŞ və Suriya hakimiyyəti ilə koordinasiyalı şəkildə yaxından izlənildiyini qeyd edib.

Prezident Ərdoğan, həmçinin Qəzza Sülh Şurasının faydalı fəaliyyət göstərəcəyinə ümid etdiyini, Qəzzada humanitar fəlakətin aradan qaldırılmasının və bölgənin yenidən qurulmasının Yaxın Şərqdə davamlı sülhə töhfə verəcəyinə inandığını bildirib.

Seçilən
66
2
azertag.az

10Mənbələr