Cəlilabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.
"Nissan X-Trail" markalı avtomobil sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə, avtomobildə olan 5 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.