Bu gün saat 03:00 radələrində Cəlilabadda yol-nəqliyyat hadisəsi başverib.
Xəsarət alan 5 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
2007-ci il təvəllüldü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 4 şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir.