AZ

Cəlilabadda avtomobil aşdı - Xəsarət alanlar var - Yeniləndi

Cəlilabad rayonunda maşın aşıb.

News24.az xəbər verir ki, hadisə səhər saatlarında Cəlilabad rayonunun Təklə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Nissan X-Trail" markalı nəqliyyat vasitəsi sərt döngədən eniş edərkən aşıb. Avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunublar. Məlumata görə nəqliyyat vasitəsi Yardımlı rayonundan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

10:20

***

Oktyabrın 23-ü saat 03:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. 

2007-ci il təvəllüldü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 4 şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir.



Seçilən
90
6
news24.az

10Mənbələr