Bu gün saat 03:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
2007-ci il təvəllüldü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 4 şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir.
10.10
Cəlilabadda maşın aşıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında Cəlilabad rayonunun Təklə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Nissan X-Trail" markalı nəqliyyat vasitəsi sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə, avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunublar.
Nəqliyyat vasitəsi Yardımlı rayonundan gəlirmiş.
Xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"