Cəlilabad rayonunda maşın aşıb.
Avtosfer.az xəbər verir ki, hadisə səhər saatlarında Cəlilabad rayonunun Təklə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Nissan X-Trail" markalı nəqliyyat vasitəsi sərt döngədən eniş edərkən aşıb. Avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunublar. Məlumata görə nəqliyyat vasitəsi Yardımlı rayonundan gəlirmiş.
Faktla bağlı araşdırma aparılır.(unikal)