RU

Şahruddin 11-ci, millimiz 48-ci sırada

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində inamlı oyunu ilə fərqlənən futbolçular arasındadır.

Arena.az bu barədə UEFA-nın statistik məlumatlarına istinadən xəbər verir.

31 yaşlı qolkiper seçmə mərhələnin D qrupunda geridə qalmış 4 matçın hamısında meydana çıxıb və ümumən 19 seyv edib. Bu, orta hesabla hər oyuna 4,75 qurtarış deməkdir. Şimali Makedoniya yığmasının qapıçısı Stole Dimitriyevski də 19 dəfə komandasının xilaskarı olub. Şahruddin və Stole bu göstəricilərlə 82 qapıçı arasında 11-12-ci yeri bölüşdürürlər.

Siyahıda ilk pilləni 34 seyvlə San Marino millisindən Edoardo Kolombo tutur. İkinci yerdə Benyamin Bühel (Lixtenşteyn, 30 seyv), üçüncü pillədə isə İker Alvares (Andorra, 26 seyv) qərarlaşıb.

Azərbaycan millisi isə DÇ-2026-nın seçmə mərhələsində ən az qol vuran komandalar sırasındadır. Komandamız keçirdiyi 4 oyunda 2 qol vurub. Bu göstərici ilə millimiz 54 komanda arasında 48-ci yeri tutur. Rəqib qapısına ən çox yol tapan komanda isə Norveçdir (6 oyun, 18 qol). Seçmə mərhələdə keçirdiyi 6 matçda heç qol vura bilməyən yeganə komanda isə Lixtenşteyndir.

Azərbaycan millsi qol buraxan komandalar sırasında isə 39-cudur (4 oyun, 11 qol). İngiltərə, İsveçrə və İspaniya seçmə mərhələdə hələ qol buraxmayıblar. Bu nəticə ilə onlar ilk 3 yeri bölüşdürürlər.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026–nın 4 seçmə maçında 11 qol buraxıb və 2 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
316
9
arena.az

10Источники