Bakıda keçiriləcək amputant futbolu üzrə UEFA Millətlər Liqasının C qrupunun oyunlarının təqvimi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 17-də startı veriləcək və üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirin bütün oyunları “Bayıl Arena”da keçiriləcək.
UEFA Millətlər Liqasının C qrupunun oyunlarının təqvimi ilə sizi də tanış edirik:
17 oktyabr
13:00. Azərbaycan – Belçika
15:00. İsrail – Ukrayna
17:00. Niderland – Belçika
18 oktyabr
11:00. Ukrayna – Niderland
13:00. Azərbaycan – İsrail
15:00. Ukrayna – Belçika
17:00. İsrail – Niderland
19 oktyabr
11:00. Azərbaycan – Niderland
15:00. Belçika – İsrail
17:00. Azərbaycan – Ukrayna

