AZ

DÇ-2026-ya bir milyondan çox bilet satılıb

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) oyunları üçün bir milyondan çox bilet satılıb.

Arena.az xəbər verir ki, bu barədə FIFA sosial media hesabında məlumat yayıb.

Bildirilir ki, turnirə 212 ölkə və ərazidən azarkeşlər qatılacaq.

Xatırladaq ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Yarışda hər birində dörd komanda olmaqla 12 qrupa bölünən 48 yığma mübarizə aparacaq.

Qruplarda ilk iki yeri tutan komandalar üçüncü yerdə qərarlaşan 8 ən yaxşı milli ilə birlikdə mundialın pley-off mərhələsinə yüksələcəklər.

Hazırda DÇ-2026-ya mümkün 48 vəsiqədən 28-nin sahibi məlumdur. Mundiala vəsiqə qazanmış milli komandaların siyahısı belədir:

Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair
Qana
Kabo Verde (debüt)
Cənubi Afrika
İngiltərə
Seneqal
Səudiyyə Ərəbistanı
Kot-d’İvuar
Qətər

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
340
16
arena.az

10Mənbələr