Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Region Liqasının 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Püşkün nəticəsinə görə, ilk turda keçiriləcək oyunların siyahısı belədir:
Paytaxt və Şimal zonası
A qrupu
Topçular – ŞKGB
Qobu – Qobustan
Lokomotiv Baku – Çinar Zəngilan
Crystal – Əmirli
B qrupu
Marafon – Gənclik
Universal – Qaradağ Şıxlar
Cəngi – Xudat Siti
Dirçəliş – Şirvanovka
C qrupu
İnşaatçı – Ramana
Siti Baku – Mübariz
Real – Zəngəzur
Kapital Baku – Ərgünəş (Füzuli)
Mərkəz zonası
A qrupu
Ucar – Hacıqabul
Mərcanl – Xəzər (Ağcabədi)
Bakı – Murov Kəlbəcər
Beyləqan – Araz (İmişli)
B qrupu
Ağcabədi – Sabirabad
İstiqlal – Olimpik Sabirabad
Aran (Beyləqan) – İmişli Bələdiyyəspor
Mil (Beyləqan) – Bahar
Şimal-Qərb və Qərb zonası
A qrupu
Qovlar – Tərtər
Karma – Balakən
Göyəzən – Zaqatala Siti
Naftalan Gəncləri – Bərdə
B qrupu
VT Gəncə – Goranboy
Xocalı – Naftalan
Şəfəq – Ərəş Sportinq
Cənub zonası
Viləş – Xıdırlı
Ərkivan (Masallı) – Lənkəran
Naxçıvan – Salyan OİK
Biləsuvar – Neftçala
Qeyd edək ki, Region Liqasının yeni mövsümünün ilk turunun oyunları oktyabrın 18-19-da keçiriləcək.

