Qol.az saytına istinadən ain.az xəbər verir.
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan daha bir mühüm təyinat alıb.
QOL.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) matçını idarə edəcək.
Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.