RU

Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb

Əliyar

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Reyting.az
xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçiriləcək “Kopenhagen” (Danimarka) – “Bayer” (Leverkuzen, Almaniya) matçının baş hakimi olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sentyabrın 18-i saat 20:45-də start götürəcək.
Избранный
28
3
reyting.az

10Источники