RU

Azərbaycan millisinin kapitanı: "Böyükhesablı məğlubiyyətə görə çox utanırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan yığmasının futbolçuları İslandiyaya səfər matçında böyükhesablı məğlubiyyətə görə utanc hissi yaşayırlar".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.
O bildirib ki, nəticə futbolçuları çox məyus edib:
"Belə nəticəyə görə çox utanırıq. Bu hesabla uduzmamalı idik. Hesabın bu qədər böyük olacağını düşünməmişdik. Azarkeşlərdən üzr istəyirəm. Onlar elə bilməsinlər ki, bu cür məğlubiyyətlərdən sonra biz sevinirik".
Qeyd edək ki, İslandiya - Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Избранный
48
50
oxu.az

10Источники