Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Mənə həmişə göstərdiyi hörmət və diqqətə görə AFFA prezidentinə təşəkkür etməyə bilmərəm".
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq çalışdırıcısı Fernandu Santuş deyib.
O, 2024-cü ildə milli üçün hazırladığı plandan da bəhs edib:
"Bu müddət ərzində mənə göstərdikləri qonaqpərvərliyə və sevgiyə görə Azərbaycan xalqına da təşəkkür edirəm. 2024-cü ilin sentyabrında mən lazımi düzəlişlərlə əhatəli plan təqdim etdim. Bu plan əvvəlki işlərimdə hazırladığım digər planlara bənzəyir. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq və gələcəkdə daha yaxşı nəticələr əldə etməyə imkan verəcək, yeni istedadların yaradılması və inkişafı üçün lazımi sərmayələr üçün stimul rolunu oynayacaq. Hər kəsə uğurlar arzulayıram", - deyə Azərbaycan millisinin sabiq çalışdırıcısı söyləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.