RU

Qəbələdə ata qəza törətdi: 11 yaşlı oğlu öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 16 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan "Opel" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, sərnişini, 11 yaşlı oğlu Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Samir Əli
Избранный
119
3
oxu.az

5Источники