AZ

"Ənsar Allah" hökumətin 11 üzvünün öldüyünü təsdiqlədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər nəzarət etdikləri ərazini idarə etmək üçün yaradılmış hökumətin 11 üzvünün öldüyünü təsdiqləyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə Yəmən üsyançılarına məxsus "Saba" xəbər agentliyi məlumat yayıb.
Avqustun 28-də İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi zərbə nəticəsində ədliyyə naziri Mücahid Əhməd, iqtisadiyyat naziri Muin əl-Mahakri, kənd təsərrüfatı naziri Radvan ər-Rubai, xarici işlər naziri Camal Amer, energetika naziri Əli Həsən, mədəniyyət naziri Əli əl-Yəfai, əmək naziri Samir Bacala, informasiya naziri Haşim Şərafəddin, idman naziri Məhəmməd Əl-Mövlid, hökumət aparatının rəhbəri Məhəmməd Əl-Qabsi və hökümətin dəftərxanasının katibi Zahid Əl-Amdi öldürülüb.
Daha əvvəl "Ənsar Allah" hərəkatı husi hökumətinin azı 10 üzvünün İsrail əməliyyatının qurbanı olduğunu bildirib. Şənbə günü üsyançılar baş nazir Əhməd Qalib ər-Rahavinin ölümünü rəsmən təsdiqləyiblər, onun yerinə birinci müavini Məhəmməd Miftah gəlib.
İsrailin hücumundan dərhal sonra sosial şəbəkələrdə zərbənin əsas hədəfi hesab edilən husilərin müdafiə naziri Məhəmməd Nasir əl-Atefinin ölümü ilə bağlı təsdiqlənməmiş xəbərlər yayılıb.
Seçilən
34
3
oxu.az

3Mənbələr