1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Pakistanın Bəlucistan əyalətində intiharçı-terrorçunun özünü partlatması nəticəsində azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.
Oxu.Az bu barədə "Times Of India" nəşrinə istinadla xəbər verir.
Partlayış Bəlucistan Milli Partiyasının yüzlərlə tərəfdarının toplaşdığı stadionun parklanma ərazisində baş verib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.