RU

Odisseas Vlaxodimos “Sevilya”da

Yunanıstan millisinin və “Nyukasl”ın qapıçısı Odisseas Vlaxodimos bundan sonra “Sevilya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

La Liqa təmsilçisi 31 yaşlı qolkiperi 2025/2026 mövsümünün sonuna qədər İngiltərə klubundan icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Odisseas Vlaxodimos “Nyukasl”a 2024-cü ilin yayında 23,6 milyon avro müqabilində “Nottingem Forest”dən gəlib. Amma yunan qolkiper ötən mövsüm “sağsağanlar”ın heyətində cəmi bir oyun keçirib.

Vlaxodimos daha çox Portuqaliyanın “Benfika” klubunun heyətindəki çıxışı ilə tanınıb. O, bu komandada keçirdiyi 225 oyunda 217 qol buraxıb, 94 dəfə qapısını toxunulmaz saxlayıb. Təcrübəli qolkiper “Ştutqart”, “Nottingem Forest”, “Panatinaikos” kimi klubların da formasını geyinib.

Almaniyanın U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarına oynamış Vlaxodimos 2018-ci ildə Yunanıstan millisində debüt edib. O, Yunanıstan yığmasında 48 oyuna çıxıb, 34 qol buraxıb, 24 matçda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
66
18
arena.az

10Источники