RU

PSJ ukraynalı futbolçunu transfer etdi

İngiltərənin "Bornmut" klubunun müdafiəçisi İlya Zabarnıyın PSJ-yə keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

 Ukrayna millisinin üzvü bir gün əvvəl Parisdə tibbi müayinədən keçib.

 PSJ Zabarnıyın transferini 63 milyon avroya başa vurub. "Bornmut" bonus olaraq daha 3 milyon avro ala bilər.

2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün Kiyev "Dinamo"suna 22,7 milyon avro ödəyib.

 

Избранный
84
50
90deqiqe.az

10Источники