AZ

"Mançester Yunayted" Donnarummanı transfer etmək fikrində deyil

"Mançester Yunayted" rəhbərliyi PSJ-dən qapıçı Canluici Donnarummanı almaqdan imtina edib.

Operativ Media bu barədə "Mirror" nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, ingilis klubu 26 yaşlı italiyalıya iddialı olsa da, diqqəti digər namizədlərə yönəltmək qərarına gəlib.

Avqustun 12-də Donnarumma Paris klubundan ayrıldığını açıqlayıb. "L'Equipe" iddia edir ki, futbolçu karyerasını "Mançester Siti"də davam etdirəcək .

İtaliyalı 2021-ci ildən Paris komandasında çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

"Transfermarkt" portalı Donnarummanın dəyərini 40 milyon avro qiymətləndirir.

Seçilən
29
50
operativmedia.az

10Mənbələr