AZ

PSJ Ukrayna millisinin müdafiəçisini transfer etdi

Fransanın PSJ klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer edib.

Sitat.info xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buna qədər İngiltərənin “Bornmut” klubunda çıxış edən futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. PSJ-nin bu keçidi 63 milyon avroya həll etdiyi bildirilir. Bundan əlavə “Bornmut” bonus olaraq daha 3 milyon avro ala bilər.

Qeyd edək ki, 2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün onun sabiq klubu “Dinamo”ya (Kiyev) 22,7 milyon avro ödəmişdi.

Seçilən
31
16
sitat.info

10Mənbələr