AZ

Premyer Liqa klubu PSJ-nin müdafiəçisini transfer etdi

PSJ-nin müdafiəçisi Nordi Mukiele "Sanderlend"ə keçib.

Operativ Media xəbər verir ki, bu haqda İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Jurnalist Nikolo Şira daha əvvəl "Sanderlend"in müdafiəçi üçün 12 milyon avro ödəyəcəyini bildirmişdi .

Mukiele 2022-ci ildən PSJ-də çıxış edir. O, 2024/25 mövsümünü icarə əsasında "Bayer"də keçirib. Müdafiəçi Almaniya yığmasının heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 2 qol vurub və məhsuldar ötürmə edib.

Seçilən
9
50
operativmedia.az

10Mənbələr