PSJ-nin müdafiəçisi Nordi Mukiеlenin “Sanderlend” klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Sanderlend” fransız futbolçunun transferi üçün Paris təmsilçisinə 12 milyon avro ödəyib.
Qeyd edək ki, “Sanderlend” Premyer Liqanın ilk turunda “Vest Hem”i 3:0 hesabı ilə məğlub edib.