RU

Region yenə silkələndi – 73 ildən sonra nə baş verir?

Kamçatkada 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin yerli bölməsi Telegram kanalında məlumat yayıb.

Açıqlamada mənbənin 25,9 km dərinlikdə yerləşdiyi bildirilir.

“Zəlzələnin episentri isə öz növbəsində Petropavlovsk-Kamçatskidən 279 km aralıda yerləşib. İlkin məlumata görə, Petropavlovsk-Kamçatskidə yeraltı təkanların intensivliyi dörd bal olub”, – deyə əlavə olunub.

Qeyd edək ki, iyulun 30-da səhər Kamçatkada 8,7 bal gücündə zəlzələ baş verib.

Təbii fəlakətin episentri Petropavlovsk-Kamçatskidən 161 km aralıda, ocağı isə 32 km dərinlikdə yerləşib. Bu zəlzələ 1952-ci ildən bəri regionda ən güclü zəlzələ olub. Yerli hakimiyyət sakinlərə sunami təhlükəsi barədə xəbərdarlıq edib və onlara sahil zonasını tərk etməyi tövsiyə edib.

Təbii fəlakətin nəticələri Yaponiyadan Çiliyə və ABŞ-ın Kaliforniya sahillərinə qədər digər ölkələrə də təsir edib. Mütəxəssislər hiss edilən təkanların ən azı bir ay davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər./Globalinfo.az

Избранный
68
2
turkustan.az

10Источники