AZ

Kamçatkada 19 metr hündürlüyündə sunami gözlənilir

Sakit okeanda baş verən zəlzələ nəticəsində Kamçatkada sunami dalğasının yaxınlaşması mümkündür.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Sakit okeanda daha bir hiss olunan afterşok baş verib. Petropavlovsk-Kamçatski və Vilyuçinsk sakinləri bunu 4-5 bal gücündə hiss ediblər", - məlumatda deyilir. Sezar pizza

Petropavlovsk-Kamçatskidən 277 kilometr aralıda, 26 kilometr dərinlikdə 6,8 bal gücündə zəlzələ baş verib.

Sakit Okeanda baş verən daha bir hiss olunan zəlzələ nəticəsində hündürlüyü 19 santimetrə çatan sunami dalğası mümkündür.

Xatırladaq ki, iyulun 30-da Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8,8-ə çatıb. Yarımadada yeraltı təkanların intensivliyi 6-7 bal və daha yüksək gücdə hiss olunub. Sunami təhlükəsi elan edilib.


Telegram kanalımız
Seçilən
69
50
yenisabah.az

10Mənbələr