AZ

Sakit okeanda 6,8 bal gücündə zəlzələ baş verib, sunami riski var

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 277 kilometr aralıda, Sakit okean akvatoriyasında 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi yayıb.

Rəsmilərin bildirdiyinə görə, yeraltı təkanların episentri 26 kilometr dərinlikdə yerləşib.

Nazirlik ehtimal olunan 19 santimetr hündürlüyündə sunami dalğası barədə xəbərdarlıq edib. Hazırda ərazidə dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxladığını və yerli əhaliyə ehtiyatlı olmağı tövsiyə etdiklərini bildiriblər.

Seçilən
70
1
anews.az

10Mənbələr