AZ

Zəlzələdən sonra Kamçatkada sunami ehtimalı yüksək qiymətləndirilirYenilənir

Sakit Okeanda baş verən, Petropavlovsk-Kamçatskidə intensivliyi ilkin olaraq 4 bal olaraq qiymətləndirilən afterşokdan sonra Kamçatkada hündürlüyü 19 sm-ə qədər olan sunami qeydə alına bilər.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin teleqram kanalında məlumat verilib.

"Kamçatka Sunami Monitorinqi və Xəbərdarlıq Mərkəzinin hesablamalarına görə, Sakit Okeanda baş vermiş zəlzələ nəticəsində hündürlüyü 19 santimetrdən çox olmayan sunami dalğası Aleut Bələdiyyə Dairəsinə, hündürlüyü 15 santimetrdən çox olmayan sunami Ust-Kamçatsk bələdiyyə dairəsinə, 3 santimetrdən çox olmayan sunami Petropavlovsk-Kamçatski şəhər dairəsinə yaxınlaşa bilər", - məlumatda deyilir.

11:32
Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-Kamçatskidə hiss olunan zəlzələnin intensivliyi ilkin hesablamalara görə 4 bal, maqnitudası 6,8 olub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin teleqram kanalında məlumat verilib.

Zəlzələ ocağı Petropavlovsk-Kamçatskidən 279 km aralıda, 25,9 km dərinlikdə yerləşib.

Seysmoloqların fikrincə, regionda seysmik aktivlik yüksək olaraq qalsa da, azalır. İyulun 30-da baş verən 8,8 maqnitudalı zəlzələdən sonrakı avterşokların bir neçə ay davam edəcəyi proqnozlaşdırılır.

Seçilən
16
50
xezerxeber.az

10Mənbələr