Yay təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Qəbələ şəhərinin eyniadlı komandası ilə yoxlama matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, Saşa İlişin kollektivi "Qəbələ"yə minimal - 0:1 hesabı ilə məğlub olub. Serbiyalı mütəxəssis oyundan sonra fikirlərini bölüşüb:
"Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq", deyə S.İliç qeyd edib.