AZ

"Adi vəziyyətlərdə səhvlər etdik" - Saşa İliç

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç yay hazırlıq toplanışı çərçivəsində keçirilən "Qəbələ" ilə yoxlama oyunundan (0:1) danışıb.

"Football-plus.az" xəbər verir ki, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada deyib:
"Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdi ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldı və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq".
Seçilən
34
9
football-plus.az

10Mənbələr