“Sumqayıt”ın baş məşqçisi Saşa İliç yeni mövsümə hazırlıq çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, Premyer Liqada yeni mövsümə hazırlaşan komandaların Qəbələ şəhər stadionunda baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Saşa İliç matçdan sonra klubunda rəsmi saytına açıqlamasında komandasının məğlubiyyəti barədə bunları söyləyib:
“Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, gündən günə daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq”.