ain.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Yoxlama oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” matçından (1:0) sonra qonaqların baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
"Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq".
"Sabah" "İmişli" ilə bacarmadı
“Qəbələ”dən minimalhesablı qələbə
“Neftçi”nin yoxlama oyunu ləğv edilib - YENİLƏNİB
Felipe Santos: “Tarix yazmaq üçün hər şeyi edəcəyik”
Premyer Liqadan Tunis klubuna
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.