AZ

“Günbəgün daha yaxşı olacağıq” – İliç

“Sumqayıt” yoxlama oyununda “Qəbələ”yə uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında oyunu şərh edib:

“Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq”.

Seçilən
41
9
futbolpress.az

10Mənbələr